Qadin.NET / İrəvana ikinci zərbə

İrəvana ikinci zərbə

 

 

İlin əvvəlindən Avrasiya İttifaqına girməklə iqtisadi müstəqilliyini itirmiş Ermənistan biznesi Rusiyadan ikinci zərbəsini alıb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Akop Badalyan Ermənistanın Avrasiya İttifaqına girməsi ilə bağlı bu gün yazdığı məqaləsində bildirir. Şərhçi Avrasiya İttifaqına girdikdən sonra Ermənistandan Rusiyaya ixracın 100% azalmasını İrəvana tuşlanan ikinci zərbə adlandırıb. 
Şərhçi hərbi məsələyə də toxunub və Dağlıq Qarabağı işğal etməklə özünü Azərbaycanla müharibə vəziyyətinə salmış Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən müdafiə olunacağına şübhə ilə yanaşır. “İri miqyaslı müharibə olmalıdır ki, ermənilər strateji müttəfiqləri Rusiya tərəfindən necə “müdafiə olunacaqlarını” gözləri ilə görsünlər”, - deyə şərhçi istehza ilə bildirib.

Mənbə: ANS PRESS

7 aprel 2015
GO BACK