Ermənistan xarici işlər naziri Edvard Nalbandayanın Moskvaya səfəri çərçivəsində aprelin 8-də Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək. ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə gerçəkləşdiriləcək səfər barədə qərar Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin İrəvan səfəri çərçivəsində verilib.
Bir sıra ekspertlərin proqnozlarına görə, səfər çərçivəsində Ermənistandan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması tələb ediləcək. İrəvan həmçinin Rusiya qoşunlarının BMT sülhməramlıları kimi regiona yerləşdirilməsinə razılıq verməlidir.
Bu, Kremlə imkan verəcək ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ukrayna cəbhəsinə paralel cəbhə açılmaqdan xilas ediləcək. Rusiya həmçinin Dağlıq Qarabağın qaytarılması şərti ilə Azərbaycanı da Avrasiya İttifaqına qaytarılması imkanı əldə edəcək.
Mənbə: ANS PRESS