Qadin.NET / Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

 

Xalq artisti dünyasını dəyişdi

Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişib.Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, aprelin 3-də Nəriman Məmmədovu insult vurmuşdu. Həmin gündən bəri tanınmış bəstəkar nə danışa, nə də qidalana bilirdi.
Xalq artisti ilə vida mərasimi sabah saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq.
Nəriman Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvanda doğulub.
Onun “Humay”, “Şeyx Sənan” baletləri, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları, yeddi simfoniya və bir neçə simfonik poemanı yazıb.

 

Mənbə: ANS PRESS

6 aprel 2015
GO BACK