Qadin.NET / 8000 kq-lıq Pasxa yumurtası

8000 kq-lıq Pasxa yumurtası

 

8000 kq-lıq Pasxa yumurtası

Aprelin 5-də katolik xristianlarının Pasxa bayramını qeyd etdiyi bir vaxtda Argentinada nəhəng Pasxa yumurtası hazırlanıb. ANS TV-nin məlumatına görə, şokoladdan hazırlanmış yumurtaya tamaşa etmək üçün Argentinanın Bariloçe şəhərinin mərkəzinə 50 minə yaxın adam toplaşıb.
Şokolad yumurtanın ağırlığı 8000 kiloqram, hündürlüyü 8,5 metr, eni isə 6 metrdir. 
Nəhəng Pasxa yumurtasının hazırlanmasında Argentinanın 18 şokolad istehsalçısı şirkətindən onlarla aşpaz iştirak edib.

 

Mənbə: ANS PRESS

6 aprel 2015
GO BACK