Qadin.NET / Səudiyyə nefti bahalaşdırdı

Səudiyyə nefti bahalaşdırdı

 

Səudiyyə nefti bahalaşdırdı

Səudiyyə Ərəbistanının Asiya alıcıları üçün endirimləri ləğv eləməsi neftin qiymətini bahalaşdırıb. ANS PRESS-in məlumatına görə, dərhal Brent nefti 3,33% və Texas nefti 3,24% bahalaşıb.
Mart ayında “Saudi Aramco” Asiya müştəriləri üçün 2003-cü ildən bu yana ən yüksək endirim tətbiq edib və hər barreli 2,3 dollar ucuzlaşdırıb. Apreldə isə qiymətlər artıb və bu, son üç il üzrə ən yüksək bahalaşma kimi qeyd edilib. 
Səudiyyə Ərəbistanın neft sənayesi naziri Əli əl-Nəiminin sözlərinə görə, dünyada neftə tələbat bərpa olunur və dövlət istənilən müştərinin tələbini yerinə yetirə bilər. O bildirib ki, krallıqda hasilat gündə 10 milyon barrelə çatıb.
Hazırda Texas neftinin barreli 50,57 dollara, Brent neftinin barreli isə 56,48 dollara qalxıb. 

 

Mənbə: ANS PRESS

6 aprel 2015
GO BACK