
Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, cənub küləyi üstünlük təşkil edəcək. Arabir cənub küləyinin nisbətən güclənməsi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 5-8Лљ, gündüz 11-16Лљ isti olacağı gözlənilir.Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu aran rayonlarında gecə 3-8Лљ, gündüz 15-20Лљ isti, dağlarda gecə 2Лљ şaxtadan 3Лљ-dək isti, gündüz 8-13Лљ olacağı gözlənilir.
Mənbə: ANS PRESS