Bu səhər Ermənistanda zəlzələ baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər 05:26-da qeydə alınıb.
Zəlzələ episentrdə 4-5 balla ölçülüb. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib. Yeraltı təkanlar Göyçənin Kəvər şəhəri (Qavar), Martuni şəhərlərində 3-4 bal hiss edilib. Paytaxt İrəvanda isə zəlzələnin gücü 2-3 bal olub. Dağıntı haqda heç bir məlumat verilmir.
Mənbə: ANS PRESS