Qadin.NET / 30 il həbsdə yatdı, edamını gözlədi, amma günahsız çıxdı

30 il həbsdə yatdı, edamını gözlədi, amma günahsız çıxdı

 

 

1985-ci ildə ABŞ-da edam cəzasına məhkum edilən adamın günahsız olduğu aydın olub. O, azadlığa buraxılanda "Tanrıya hesab verəcəklər" deyib.
Musavat.com-un məlumatına görə, hadisə belə olub: 30 il öncə ABŞ-ın Alabama ştatında üç restorana hücumlar təşkil edilib. Silahlı bir adam restoran sahiblərini güllələyib, kassalardaki pulları qarət edib. İki restoran sahibi ölüb. Üçüncüsü yaralı xilas olub. Yaralı şəxs polisə o zaman 28 yaşında olan Ray Hintonun adını verib. Şübhəlinin evində də bir tapança tapılıb. Hintona edam cəzası kəsilib.
Hinton 30 il boyunca günahsız olduğunu bildirib, bütün instansiyalara şikayət göndərib. Ancaq ona heç kim inanmayıb. Sonunda məhkəmə silahın araşdırılmasına qərar verib. Testlərdə cinayətlərdə istifadə güllələrin Hintonun evindən tapılan silaha aid olmadığı müəyyən olunub. Hinton dəlil çatışmazlığı səbəbindən bəraət alıb. Talesiz adam həbsxanadan çıxanda deyib: "Bunu yaşamamalıydım. Məsuliyyət daşıyanlar Tanrıya hesab verəcəklər".
Bəs Hinton məhbəsdə qalarkən dünyada nələr olub?
58 yaşındakı Ray Hintonun həbsə girdiyi 1985-ci ildən bəri dünyada bu hadisələr yaşanıb:
- 1989: Soyuq müharibənin simvolu olan Berlin divarı yıxılıb.
- 1990: Sovet İttifaqı dağılıb.
- 1991: Ümumi istifadəçilərə açılan internet yayılmağa başlayıb.
- 2001: 11 sentyabr teraktı baş verib.
- 2003: ABŞ ordusu İraqa hücum edib. Yaxın Şərqdə bütün tarazlıqlar dəyişib.
- 2007: ABŞ-ın ilk qaradərili prezidenti seçilib.

Mənbə: Milli.Az

6 aprel 2015
GO BACK