Qadin.NET / Dünyanı telefonla ölçmək olacaq

Dünyanı telefonla ölçmək olacaq

 

Real obyektlərin 3D məkanda ölçülməsinin tədqiqatını aparan tədqiqatçılar adi mobil telefonda mövcud olan kamera və akselerometri istifadə edərək yeni texnologiya yaradıblar.Milli.Az ICT nevs-a istinadən bildirir ki, Karnegi Mellon Universitetində yaradılan sistemlə telefonu ətrafa fırladaraq 3D dünya modeli yaratmaq olar.Akselerometrlər inersiyanı ölçmək vahidi kimi adlanan telefonun proqram təminatına telefonun yerləşdiyi məkan barədə təxmini məlumat verir. Kamera ilə birlikdə akselerometrin istifadəsindən çox dəyərli nəticələr almaq olar.Alət tək mobil telefonla, demək olar, hər şeyin 3D modelini düzəltmək imkanını verir.Tədqiqatçılar, bu texnologiyanın özünü idarə edən avtomobillərdə bahalı radarları əvəz edəcəyini ehtimal edirlər.Onlar texnologiyanın bütün imkanlarını nümayiş etmək üçün istifadəçilərin özlərinə uyğun eynək karkasını tapmaları üçün "Smart Fit" adlandırılan əlavə proqram hazırlayıblar.

 

Mənbə: Milli.Az
6 aprel 2015
GO BACK