“Google” şirkəti 2014-cü il üzrə “Android” platforması üçün zərərli proqramların sayını açıqlayıb. Hesabata əsasən, bir ildə zərərli koda malik proqram quraşdırmalarının sayı 50 faiz azalıb, smartfon və planşetlərin 1 faizi müxtəlif növ virus yoluxmalarına məruz qalıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə “Android” mobil platformasında 79 müxtəlif boşluq aşkar edilib. Bu boşluqların hamısı “Android 4.4” və “Android 5.0” versiyalarında düzəldilib. Hazırda “Android” platformasının aktual versiyası heç vaxt olmadığı kimi təhlükəsizdir.
“Google”un nümayəndəsi dəfələrlə vurğulayıb ki, “Android” təhlükəsiz mobil əməliyyat sistemidir, sadəcə, populyarlığına görə haker hücumuna məruz qalır.
Mənbə: Milli.Az