Qadin.NET / Son 60 ilin əfsanə və rekordları

Son 60 ilin əfsanə və rekordları

 

 

60 il bundan əvvəl - 1955-ci il, aprelin 3-də Avropa futbol federasiyaları qitənin ən yaxşı klubunun müəyyən ediləcəyi turnirin yaradılması barədə razılığa gəldilər. Beləcə, 1992-ci ildən Çempionlar Liqası adlandırılan Çempionlar Kuboku turniri meydana gəldi.İndiyədək bu turnirdə qeydə alınan əsas rekordları təqdim edirik: 

 1. Turnirin 1/4 final mərhələsinə ardıcıl olaraq ən çox yüksələn komanda. İspaniyanın "Barselona" klubu cari ildə 1/4 finala vəsiqə qazanmaqla ardıcıl 8-ci dəfə bu mərhələyə yüksələrək yeni rekordu müəyyənləşdirdi. 

 2. Bir mövsüm ərzində ən çox qol vuran oyunçu. "Real"ın portuqaliyalı forvardı Kriştiano Ronaldo 2013/14 mövsümündə 17 qolla bu rekordun müəllifidir.

3. Müxtəlif klublarla ən çox qalib olan futbolçu. Hollandiyalı ulduz Klarens Zeedorf 3 müxtəlif klubla Çempionlar Liqasının qalibi olub - 1995-ci ildə "Ayaks", 1998-ci illərdə "Real", 2003 və 2007-ci illərdə "Milan"la. 

4. Ən uzun məğlubiyyətsizlik seriyası. Bu rekord İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur. "Qırmızı şeytanlar" 2007-ci il 19 sentyabr - 2009-cu il 27 may tarixlərində keçirdikləri 25 oyun ərzində məğlub olmayıblar.

5. Ən yaşlı qol müəllifi. "Roma"nın canlı əfsanəsi 38 yaşlı Françesko Totti cari mövsümdə bunu bacardı.

6. Ən gənc qol müəllifi. Yunanıstanın "Olimpiakos" klubunun qanalı forvardı Piter Oforikuaye 1997-ci ildə 17 yaşında ikən Norveçin "Rusenborq" komandasının qapısına yol tapa bilmişdi. Lakin oyun yunanların 1:5 hesablı məğlubiyyəti ilə başa çatmışdı. 

7. Turnirdə ən çox qol vuran oyunçu. Həm "Barselona"nın forvardı Lionel Messinin, həm də "Real"ın forvardı Ronaldonun hesabında 75 qol var. Lakin Messi turnirdə 17 oyun az keçirdiyinə görə bu rekord argentinalıya məxsusdur. 

8. Qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçı. "Arsenal"ın alman qapıçısı Yens Lemann 2005/06 və 2006/07 mövsümlərində ardıcıl olaraq 10 oyun qapısından top buraxmayıb. Onun bu rekordu 853 dəqiqə təşkil edir. 

9. Ən uğurlu klub. İspaniyanın "Real" klubu Çempionlar Liqası tarixində turnirin kubokunu başı üzərinə 10 dəfə qaldıran yeganə klubdur. 

10. Ən tez qol. 2007-ci ildəÇempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"nın forvardı Roy Makay 10-cu saniyədə "Real"ın qapısına yol tapdı.

11. Ən çox oyun keçirən oyunçu. "Barselona"nın xavbeki Xavi və "Kral klubu"nun qapıçısı İker Kasilyas turnirdə 146 oyun keçiriblər. 

12. Kuboku ən çox qazanan futbolçu. Paolo Maldini və "Milan" sözləri sinonimdir. Karyerası boyunca (1985-2009) yalnız "Milan"ın formasını geyinən əfsanəvi italyan turnirin kubokunu 5 dəfə (1989, 1990, 1994, 2003, 2007) başı üzərinə qaldırıb. "Milan" Maldinisiz cəmi iki dəfə qalib olub (1963, 1969).

 

Mənbə: ANS PRESS

 

6 aprel 2015
GO BACK