Qadin.NET / "Rio 2016"nın bilet qiymətləri açıqlandı

"Rio 2016"nın bilet qiymətləri açıqlandı

 

 

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının bilet qiymətləri açıqlanıb.
 
Milli.Az "Report""a istinadən bildirir ki, Olimpiadanın açılış mərasimi üçün biletin qiyməti 1 428 dollardır.
 
Voleybol, futbol və basketbol üzrə seçmə oyunların bilet qiyməti 64 dollar müəyyənləşdirilib. "Rio 2016"nın biletlər üzrə əməliyyat direktoru Donovan Ferreti bildirib ki, kişilərin futbol yarışının finalını izləmək istəyənlər ən azı 112, basketbolun final bileti üçün 83 dollar ödəməli olacaq. Hər iki final yarışının biletlərinin maksimum satış qiyməti 121 dollardır.
 
Digər yarışlar üçün də biletlərin qiyməti fərqlidir. Belə ki, 12 dollardan 323 dollaradək dəyişən qiymətlərlə "Rio 2016"nı tribunadan canlı izləmək mümkündür. Bir gündə 750 min biletin satılacağı gözlənilir.
 
Qeyd edək ki, "Rio 2016" üçün ümumilikdə 7,5 milyon biletin satışa çıxarılacağı bildirilib.
Mənbə:Milli.Az
5 aprel 2015
GO BACK