Qadin.NET / Bu ölkədə pivə sudan ucuzdu

Bu ölkədə pivə sudan ucuzdu

 

 

Vyetnamda pivə sudan daha ucuzdur. 
ANS PRESS-in məlumatına görə, bu ölkədə bir stəkan pivə 30 qəpiyə, bir stəkan su isə 35 qəpiyədir.
90 milyon əhalisi olan Vyetnam 2010-ci ildən bəri Uzaq Şərqin ən böyük pivə istehlakçısıdır. Vyetnam İçki Dərnəyinin yaydığı məlumata görə, 2014-ci ildə ölkədə 3,1 milyard litr pivə içilib. Adam başına illik orta hesabla pivə istehlakı 45 litri ötüb. 
Ümumdünya Səhiyyə Təşkilatının statistik hesabtına görə, Vyetnam Rusiya, Britaniya və Fransa kimi pivə istehlakında lider olan ölkələrdən geridədir. Ancaq buna baxmayaraq bu ölkə son 10 il ərzində pivə istehlakını 200% artırıb. 
Vyetnamda yol qəzalarının hər keçən il sürətlə artması səbəbiylə içki satışına bəzi məhdudiyyətlər qoyulması planlaşdırılır.

 

Mənbə:ANS PRESS

5 aprel 2015
GO BACK