Qadin.NET / Aprelin 5-i 19 dərəcə isti olacaq

Aprelin 5-i 19 dərəcə isti olacaq

 

 

Sabah mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində az çiskin olacaq. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək, günün ikinci yarısında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 5-də temperatur gecə 4-6Лљ, gündüz 9-14Лљ isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 5-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. 

Aran rayonlarında temperatur gecə 4-9Лљ, gündüz 14-19Лљ isti, dağlarda gecə 2Лљ şaxtadan 3Лљ-dək isti, gündüz 6-12Лљ isti olacaq.

 

Mənbə:ANS PRESS

5 aprel 2015
GO BACK