Qadin.NET / 104 yaşlı gənc qız öldü

104 yaşlı gənc qız öldü

 

 

Böyük Britaniyada yaşlı qadına bənzəyən 17 yaşlı qız ölüb.

ANS PRESS-in məlumatına görə, Heyli Okins adlı qız çox nadir genetik xəstəlikdən əziyyət çəkib. Buna görə də onun 17 yaşı olsa da, bədəni 104 yaşlı qoca qadın bədəninə bənzəyirdi. Həkimlər qızın bu xəstəliklə 13 ildən çox yaşaya bilməyəcəyini desələr də, Heyli onların ehtimalından 4 il də artıq yaşayıb. 

O, son bir neçə ildə ABŞ-da ən son preparatlarla müalicə alırdı. Lakin gözlənilmədən sətəlcəm xəstəliyinə tutulan qız Britaniyaya qayıdıb və vəfat edib.

Heyli Okins 14 yaşında ikən öz avtobioqrafiyasını nəşr etdirib, vaxtından əvvəl qocalma xəstəliyi haqqında sənədli filmə çəkilib. O, çox səyahət edib və şahzadə Çarlz, Kayli Minoq və Castin Biberlə görüşüb.

Qeyd edək ki, proqeriya xəstəliyinə çox nadir rast gəlinir və dünyada cəmi 80-ə yaxın adam bu xəstəlikdən əziyyət çəkir. Proqeriya zamanı insanın bədəni, həmçinin daxili orqanları normal insanınkından 8 dəfə sürətlə qocalır.

 

Mənbə:ANS PRESS

5 aprel 2015
GO BACK