Qadin.NET / Gözəl qız üz ləkəsi ilə meydan oxuyur

Gözəl qız üz ləkəsi ilə meydan oxuyur

 

 

İnsanlar daima gözəlliklərinin qüsursuz olmasına çalışıblar. Xüsusilə simalarının. Bu məqsədlə üzdə olan ən kiçik qırış, sızanaq, ləkələrin belə aradan qaldırılması üçün bəziləri onlarla əməliyyat keçirir, ağır prosedurlardan keçirlər. Lakin kanadalı 22 yaşlı Kassandra Naud istisnadır. 

ANS PRESS-in məlumatına görə, peşəkar rəqqasə olan bu qızın üzünün sol tərəfində, gözünün altında iri qara doğum ləkəsi var. Yaxınları ona dəfələrlə əməliyyat olaraq ləkədən qurtulmağı təklif ediblər. Amma o bu təklifləri rədd edir və gözəlliyi ilə meydan oxuyur. 

Kassandra fərqli görüntüsü ilə qürur duyduğunu deyir. "Bu ləkə mənim bir parçamdır. Məni fərqli və yaddaqalan edir. Bu da kariyeram üçün önəmlidir". 

Gənc qız yeniyetmə dövründə əməliyyat olmaq istəyib. Lakin üzündə çapıq izi qalacağını öyrəndikdən sonra bu fikrindən yayılıb. 

 

Mənbə:ANS PRESS

4 aprel 2015
GO BACK