“Andranik Qriqoryan kimi ağ bayraq qaldıran yeni ermənilərin bu cür meylləri artmaqdadır. Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə ayrı siyasət yürütməliyik”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Zahid Oruc deyib. "Biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı? Biz bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir”.
Deputatın fikrincə, Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır.
Deputat İqbal Ağazadə də bu məsələyə münasibət bildirib. O qeyd edib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir. "Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyatı orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər”.
İqbal Ağazadənin bu fikirlərinə spiker Oqtay Əsədov münasibət bildirib. Spiker deyib ki, əgər onlara qaçqın statusu verilsə, çox güman ki, Ermənistanda adam qalmaz.
Mənbə:ANS PRESS