Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə iki həftə ərzində nə qədər insanin həlak olduğunu açıqlayıb.
ANS PRESS-in məlumatına görə, BMT-nin yaydığı son açıqlamada geridə qoyduğumuz iki həftə ərzində 500-dən çox insanın həlak olduğu bildirilir. Bu barədə “Associated Press” xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bu açıqlamanı verib.
Onun sözlərinə görə, gedən döyüşlər zamanı 519 nəfər hadisələrin qurbanına çevrilib ki, onlardan 90-ı uşaqdır.
Bundan başqa, o, on minlərlə dinc sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını sözlərinə əlavə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən koalisiya hücumları Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərini bomba hücumuna məruz qoyub.
Mənbə: ANS PRESS