Azərbaycan bu ildə "Miss Exclusive of the World" gözəllik müsabiqəsidə iştirak edecək. Bu barədə məlumatı ANS PRESS-ə tanınmış təşkilatçı Aqil Məmiyev verib.
"Ölkəmiz yenidən "Miss Exclusive of the World" dünya gözəllik yarışmasına qız model təmsilçisini göndərəcək. Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilatı Azərbaycan üzrə komitənin rəyinə və müsabiqənin prezdentinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcək. Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi, gözəllik və d. detallara üstünlük veriləcək", - deyə təşkilatçı bildirib.
Xatırladaq ki, keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova Təmsil etmişdi.B u il dünya finalı avqust ayının 15-da İzmirdə keçiriləcək. Lakin seçilən təmsilçilərimiz 25 iyuldan kampda iştirak üçün İzmirə yola düşəcəklər. Jüri heyətində, Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel məşhurların yer alacağı "Miss Exclusive of the World" beynəlxalq gözəllik yarışmasında ölkəmizi təmsil etmək istəyənlər "[email protected]" e-mail ünvanı ilə əlaqə saxlaya bilər.
Mənbə: ANS PRESS