Qadin.NET / Dünyanın ilk “ağıllı” corabı hazırlandı

Dünyanın ilk “ağıllı” corabı hazırlandı

 

Tayvanın “HTC” şirkəti “RE SOK” adlı dünyanın ilk “ağıllı” corablarını təqdim edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, ayaqda daşınan geyim elementi kiçikölçülü ekranla təchiz edilib. Ekran qoşulmuş qurğudan bildirişi göstərir.“HTC” şirkəti “RE SOK” qurğusunu “GPS” modulu ilə təchiz edib. Bunun nəticəsində itirilmiş corabları tapmaq asanlaşacaq. Corabdakı cırıqların axtarışı üçün ötürücülər dəsti də mövcuddur.Corablar səndəllərdən başqa, istənilən ayaqqabı ilə tam uyğunlaşır.“Ağıllı” corablar müxtəlif rəng həllərində təqdim edilib. Amma təəssüf ki, “RE SOK” smart corablarını yumaq olmaz.

 

Mənbə: Milli.Az
3 aprel 2015
GO BACK