Qadin.NET / İran tarixi uğura imza atdı

İran tarixi uğura imza atdı

 

İran tarixi uğura imza atdı

İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub. 
ANS PRESS-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb. 
Onun sözlərinə görə, razılıq əldə olunduğundan dərhal sənəd layihəsi üzərində işə başlayırlar. 
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında razılığın ələd olunması Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir. 
Politoloq Elxan Şahinoğlunun fikrincə bu gedişat bölgədəki duruma da təsir edəcək: "İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılacaq, Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq. Az qala 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağına dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq".

 

Mənbə: ANS PRESS

3 aprel 2015
GO BACK