Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib. Bu dəfə hərbçilərimiz 3 km məsafəyə hərbiləşdirilmiş kross birinciliyində özlərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə hərbi qulluqçuların birinciliyə hazırlığı barədə məruzə edilib. Sonra Əlahiddə Ümumqoşun Ordusunun Fiziki Hazırlıq və İdman rəisi zabit Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini şəxsi heyətin nəzərinə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.
14 komandanın iştirakı ilə keçirilən birincilikdə qalib komandalar müəyyən edildikdən sonra fərdi hesabda 1-ci yerə əsgər Anar Abbasov, 2-ci yerə gizir Pərviz Əliyev və 3-cü yerə əsgər Cümşüd Əliyev layiq görülüblər.
Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən "Fəxri fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Mənbə: ANS PRESS