CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 58,47 dollar/barel təşkil edib.
ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamıTrend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən nisbətən 1,51 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 57,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 1-də 53,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 1-də 55,57 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,58 dollar/barel çoxdur.
Mənbə: Milli.Az