Qadin.NET / Putindən böyük böhran anonsu

Putindən böyük böhran anonsu

 

 

Rusiya prezidenti Vladimir Putin ölkədəki işsizlikdən danışıb.
ANS PRESS-in məlumatına görə, prezident əmək bazarında vəziyyətlə bağlı toplantıda Rusiyada işsizliyin nisbətən artdığını və maaşların ödənilməsində gecikmələrin olduğunu deyib. Bununla əlaqədar o, sosial sahədə və əmək bazarındakı vəziyyətə nəzarət etməyi tapşırıb.
"Keçən illə müqayisədə bu il işsizlik səviyyəsində az da olsa artım olub. Lakin bu da son deyil. Rusiyada bir çox işləyənlər var ki, onlar da işdən çıxarılmaq ərəfəsindədirlər", - deyə Putin bildirib.
Qeyd edək ki, Rusiyada "İctimai fikir" fondunun ("FOM") apardığı sorğuya əsasən, hər ikinci rusiyalı son iki-üç ay ərzində maddi vəziyyətinin pisləşdiyini bildirib.

 

Mənbə: ANS PRESS

3 aprel 2015
GO BACK