Qadin.NET / "Barselona"ya yox deyib "Real"ı seçdi

"Barselona"ya yox deyib "Real"ı seçdi

 

 

"Portu"dan "Real"a transfer olunan Danilo barədə maraqlı fakt ortaya çıxıb.
ANS PRESS-in məlumatına görə, bu il qış transfer pəncərəsində Danilo üçün "Barselona"dan 37 milyon avro təklif olunsa da tərəflər razılığa gələ bilməyiblər.
"İlin transfer bombası" adlandırılan bu keçid "Real"a 31,5 milyon avroya başa gəlib. İspaniya klubu 23 yaşlı futbolçu ilə 2021-ci ilədək anlaşma əldə olunub. Onun müqaviləsi mövsümün sonunda qüvvəyə minəcək.
Danilo ilə həmçinin "Mançester Yunayted" də maraqlanırdı.
Qeyd edək ki, tam adı Danilo Luiz da Silva olan futbolçu 2012-ci ildən "Portu"da çıС…ış edir. O, əvvəllər vətənində "Amerika" və "Santos" klublarının formasını geyinib. Braziliyanın U-20 və U-23 yığmalarında çıС…ış etmiş Danilo 2011-ci ildən çağırıldığı A millidə 13 oyun keçirib.

 

Mənbə: ANS PRESS

3 aprel 2015
GO BACK