Qadin.NET / Azərbaycanlılar bu ölkədən çıxarılır

Azərbaycanlılar bu ölkədən çıxarılır

 

 

Yəmənin paytaxtı Sənada yaşayan 20 azərbaycan vətəndaşından 9-u Azərbaycanın Səudiyyə Ərəbistanındakı konsulluğuna müraciət edərək ölkəni tərk etmək istədiklərini bildiriblər.
Ölkəmizin Səudiyyədə həmçinin Yəməndə akkreditə olunan səfirliyinin II katibi, konsul Emil Qasımzadənin ANS-ə verdiyi məlumata görə, artıq həmin vətəndaşlar Səna hava limanında vətənə dönmək üçün təyyarə gözləyir.
Emil Qasımzada bildirib ki, əvvəlcə Türkiyəyə məxsus təyyarə onları çıxarmalı idi. Türkiyə təyyarəsinə Efiopiya icazə vermədi. Rusiya təyyarəsidə vətəndaşlarını çıxarmaq istəyir. Hələlik onlara da Səudiyyə Ərəbistanı icazə verməyib.
Yəni hansı ölkə öz vətəndaşını ordan götürsə, bizim vətəndaşlarımızda onlarla birgə çıxacaq. Azərbaycanın Səudiyyə Ərəbistandakı konsulu Emil Qasımzadə belə deyib.

 

Mənbə: ANS PRESS

3 aprel 2015
GO BACK