Qadin.NET / Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”

Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”

 

Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”

“Son zamanlar düşmən ordusu vahimə içindədir, Azərbaycan tərəfə keçən əsgər də bizə bu məlumatı tam şəkildə çatdırıb”. ANS PRESS-in Gürcüstan müxbirinin verdiyi məlumatına görə, bu barədə Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında bildirib.Azərbaycanlı nazir bildirib ki, erməni ordusu daim təşviş içindədir. Çünki Ermənistan ordusu Azərbaycan hərbçilərinin qarşısında duruş gətirə bilmir və böyük itkilər verir.“Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir və üstünlüklüyə malikdir. Biz müxtəlif vasitələrlə Ermənistan ordusunda gedən prosesləri izləyir, nəzarət edirdik. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində o qədər güclüdür ki, Ermənistan bunu tam dərk edir. Onların son vaxtlar keçirdiyi uğursuz əməliyyatlar bunun göstəricisidir. Son vaxtlar Ermənistan ordusu tez-tez itkilər verir və cəbhədə olan bu uğursuzluqlar onların daxili siyasətinə də təsir göstərir”.
Azərbaycanın müdafiə nazri bildirib ki, bu ilin əvvəlindən ermənilərin 30-dan çox hərbçisini itirib. Zakir Həsənov əlavə edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib.
“Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canlarını veriblər. Ermənistan hərbçiləri isə təcavüzkardır və Azərbaycan işğal olunmuş torpaqlarında xidmət edirlər. Sadə erməni xalqı da bunu bilir. Ermənistan xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar birbaşa Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında cəbhədə olan proseslərin, o cümlədən itkilərin gizlədilməsinə etiraz edirlər. Bu onu göstərir ki, artıq düşmən ordusu Azərbaycan ordusu qarşısında dura bilmir”, - deyə Zakir Həsənov vurğulayıb.

 

Mənbə: ANS PRESS

2 aprel 2015
GO BACK