Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göztəriciləri ilə təqdim edib.Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, hesablamalara əsasən,diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz artıb. Bununla yanaşı, müəllimlərdən 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı isə 15-20 faiz həcmində artıb.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bu gün müəllimlərin maaş artımından danışıb. Nazir qeyd edib ki, müəllimin maaşında artım faizi və nisbəti fərdidir. M.Cabbarov artımın müəllimlərin iş stajı və dərs yükündən asılı olduğunu söyləyib: "Bu məsələyə dair Bakı şəhər Təhsil İdarəsi xüsusi açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb”.
Mənbə: ANS PRESS