Qadin.NET / Gəmidəki azərbaycanlılar

Gəmidəki azərbaycanlılar

 

Gəmidəki azərbaycanlılar

Oxot dənizində qəzaya uğrayan "Dalniy Vostok" gəmisində ölü sayı artır. Son məlumata görə, artıq 56 nəfərin cəsədı tapılıb. 13 nəfər isə itkin düşmüş sayılır. 
Çıxarılan cəsədin hansı ölkə vətəndaşına məxsus olduğu açıqlanmayıb. 
Qeyd edək ki, 132 nəfər heyət üzvü olan gəmi bu gecə qəzaya uğrayıb. Gəmidə olanlardan 78 Rusiya, 54-ü isə xarici ölkə vətəndaşları olub. Onlardan 7-i azərbaycanlıdır. Gəmidəki azərbaycanlılar aşağıdakılardır: 
Səfərov Maqomed Səfər oğlu (matros) - 18.02.1964 
Talıbov Mailağa Ulduç oğlu (dördüncü mexanik) - 28.12.1964 
Məhərrəmov Muradəli Qurban oğlu (motorçu) - 09.04.1987 
Əliyev Elman Sardan oğlu (usta) - 17.10.1964 
Şəkərov Fazil Hilal oğlu (matros) - 23.10.1959 
Əliyev Yaşar Sardan oğlu (matros) - 13.03.1975 
Sadiqov İmaməddin Hidayət oğlu (matros) - 23.02.1969 
İlkin məlumata görə, Talıbov, Sadıqov ilk xilas edilənlər arasında olub. Digərlərinin aqibəti isə hələlik bəlli deyil. 

 

Mənbə: ANS PRESS

2 aprel 2015
GO BACK