Qadin.NET / Zakir Həsənov: Ermənistan bir təhlükədir

Zakir Həsənov: Ermənistan bir təhlükədir

 

Zakir Həsənov: Ermənistan bir təhlükədir

Ermənistan bölgədəki ölkələrin ərazi bütövlüyü üçün bir təhlükədir. 
ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın paytaxtı Tiflisdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. 
O, Ermənistanın bölgənin təhlükəsizliyi və rifahı üçün yeganə təhdid olduğunu qeyd edib. 
Müdafiə naziri türk və gürcü həmkarları ilə müdafiə, təhlükəsizlik sahəsində önəmli müzakirələr aparıldığını deyib. "Silahlı qüvvələrin inkişaf etdirilməsi baxımından bir-birimizə önəmli mesajlar verdik. Toplantı zamanı iqtisadi və siyasi əlaqələrlə yanaşı, müdafiə sahəsində də əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs etdik. Müdafiə sahəsindəki ortaq təlim barədə də danışdıq". 
Gürcüstanın müdafiə naziri Mindia Canelidze üç ölkə arasındakı əməkdaşlığın heç kimi təhdid etmədiyini deyib və Türkiyə-Gürcüstan-Azərbaycan arasındakı hərbi əməkdaşlığın sadəcə və sadəcə bölgədə rifah, sülh, sabitlik və təhlükəsilik üçün baş tutduğunu deyib. 
Qeyd edək ki, Tiflisdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri Mindia Canelidze və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

 

Mənbə: ANS PRESS

2 aprel 2015
GO BACK