Qadin.NET / Messi "Real"a qarşı zədəli halda oynayıb

Messi "Real"a qarşı zədəli halda oynayıb

 

 

"Barselona"nın futbolçusu Lionel Messinin zədəsinin son durumu haqda məlumat verilib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı cavab matçında zədələndiyi məlum olub.
O, İspaniya La Liqasında "Real"a qarşı oyunu zədəli halda oynayıb.
L.Messinin ölkə çempionatında "Selta" ilə görüşü buraxa biləcəyi qeyd olunub.
Xatırladaq ki, Argentina millisinin futbolçusu L.Messi zədə səbəbindən Salvador və Ekvadorla yoldaşlıq matçlarında iştirak etməyib.
Mənbə: Milli.Az
2 aprel 2015
GO BACK