Azərbaycan milli mətbəx brendini patentləşdirib.ANS PRESS-in məlumatına görə, Bakıda keçirilən Turizm sərgisində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında belə deyib.
"Azərbaycanda Avropa Oyunları zamanı və oyunlardan sonra milli mətbəx brendi təqdim edəcək. Bu, ilkin mərhələdə bir neçə oteldə, daha sonra isə bütün otellərdə tədbiq olunacaq. Qeyd olunan brend Azərbaycan mətbəxinin qaydalarına uyğun hazırlanacaq”- deyə nazir bildirib.
Ə. Qarayev əlavə edib ki, nazirlik otellərə Azərbaycan mətbəx nümunələrini turistlərə təqdim etməyi tövsiyyə edəcək: “Ümidvaram ki, otellər bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəyik".
Mənbə: ANS PRESS