Qadin.NET / Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!

Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!

 

 

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Həmin ərazilərdə monitorinqlərin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlükəli sürüşmə sahələri respublikanın müxtəlif bölgələrini – Kiçik və Böyük Qafqazı, talış zonasını əhatə edir.
S.Əmiraslanov bildirib ki, respublika ərazisində mart ayında və bundan əvvəlki aylarda aparılan monitorinqin nəticələrinə görə, hazırda cənub bölgəsi sürüşmə baxımdan daha təhlükəli hesab edilir: “Cənub bölgəsində sürüşməyə meylli yamaclar var. Bu ərazilər dağlıq ərazilərdir və sürüşmə üçün daha əlverişli sahələrdir. Həmin mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə olunub”.
S.Əmiraslanovun sözlərinə görə, Lənkəran-Lerik avtomobil yolunda 19-cu km-dən 53-cü km-ə qədər olan hissəsində - 34 km məsafədə bir-birindən 1-2 km aralı olmaqla sürüşmə, uçqun sahələri var: “Bu yolda 25-26 sürüşmə sahəsi mövcuddur. Lerik rayonunun 30 kəndinin yalnız 1-2-sində sürüşmə sahəsi yoxdur. Kəndlərin əksəriyyətində sürüşmə, uçqun sahələri mövcuddur. Yardımlı, Astara, Cəlilabad rayonlarının kəndlərində sürüşmə, uçqun sahələri çoxdur”.
Nazirlik rəsmisinin sözlərinə görə, mart ayında aparılan monitorinqin nəticələrinə əsasən, respublikanın əksər bölgələrindəki mövcud sürüşmə sahələrində nisbi aktivləşmə müşahidə edilib. Aktivləşmə əsasən, cənub bölgəsindəki yol kənarlarında, kəndlərdə, Quba-Xınalıq avtomobil yolunun bir necə kilometrliyində, Şamaxı və İsmayıllı rayonlarının müəyyən hissələrində qeydə alınıb.

 

Mənbə: Milli.Az

2 aprel 2015
GO BACK