"Yuventus"un idman direktoru Pavel Nedved Çempionlar Liqasında favorit gördüyü komandaların adlarını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Nedved "Barselona" və "Bavariya"nın turnirin favoritləri olduğunu bildirib:
""Yuventus" 1/4 finalın püşkü zamanı hazırda dünyanın ən yaxşı komandaları - "Barselona" və "Bavariya" ilə qarşılaşmadı. Bu iki komanda Çempionlar Liqasının favoritləridir. "Real" isə "Barselona" və "Bavariya" qədər güclü deyil. Ancaq hər şey dəyişə bilər. "Yuventus"un rəqibi "Monako"ya gəlincə, onları düzgün qiymətləndirməliyik".
Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/4 finalında "Monako" ilə qarşılaşacaq. Bu komandalar arasında oyunlar 14-22 aprel tarixlərində keçiriləcək.
Mənbə: Milli.Az