Martın 4-də ABŞ-ın Alabama ştatında doğulmuş Timoti Eli Tompson üzündəki anomaliya ucbatından hospitalın intensiv terapiya bölməsindədir.
Balaca Eli burunsuz doğulub. Bu hala 197 milyon insanda bir rast gəlinir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlərin dediklərinə görə, körpə Elinin sağlıq durumu normaldır. Oğlanın anası, 23 yaşlı Brendi MakQleterinin frkincə, oğlunun burnunun yoxluğu onun normal yaşamına mane ola bilməz.
USA Children's and Women's Hospital-ın həkimləri Elinin anomaliyasını çözmək və onun normal tənəffüsünü təmin etmək üçün traxeoktomiya əməliyyatını gerçəkləşdirəcəklər.
ABŞ-da 1931-ci ildən bəri 28 burunsuz uşaq doğulub.
Mənbə: Milli.Az