Qadin.NET / İranlı qadın fanatlar qalmaqala səbəb oldular

İranlı qadın fanatlar qalmaqala səbəb oldular

 

Yoldaşlıq görüşündə İran üzərində 3:1 hesablı qələbə qazanan İsveç millisi FİFA tərəfindən cəzalandırılacaq. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb həmin matçda iranlı azarkeşlərin səsləndirdiyi şüarlardır. 

 

İsveçdə “Friends Arena”da oynanılan qarşılaşmanı 35 min azarkeş izləyib. Gözlənilmədiyi halda bu tərəfdarların çoxu Asiya təmsilçisinin fanatları olub. 
Təxminən 25 min iranlı həmin oyunda keçmiş İran bayrağını (İran İslam Respublikası olmamışdan öncə) açaraq hazırki rejimi tənqid ediblər. 
Onlar üzərində “iranlı qadınların stadiona girməsinə icazə verilsin” yazılmış pankart açıblar.
Məhz bütün bunlara görə FİFA İsveç Futbol Federasiyasına cəza verəcək.
Mənbə: Milli.Az
2 aprel 2015
GO BACK