Qadin.NET / Güləşçilərin reytinqi açıqlandı

Güləşçilərin reytinqi açıqlandı

 

Güləşçilərin reytinqi açıqlandı

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb. 
ANS PRESS xəbər verir ki, Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə, ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev, 65 kq-da 12-ci sırada qərarlaşıb. 
Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var. 
57 kq
15. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (13)
65 kq 
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (2@61)
70 kq 
12. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)
74 kq 
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)
86 kq 
12. Həmzət Osmanov - DÇ 5-ci yer (8)
19. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (nr)
97 kq 
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
5. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (6)
20. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (nr)
125 kq 
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)
Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Mənbə: ANS PRESS

 

2 aprel 2015
GO BACK