Qadin.NET / Dünyanın ən yaşlı sakini Barak Obamanı 117-ci doğum gününə dəvət etdi

Dünyanın ən yaşlı sakini Barak Obamanı 117-ci doğum gününə dəvət etdi

 

 

Dünyanın ən yaşlı sakini, ABŞ-ın Arkanzas ştatının sakini Hertruda Uiver prezident Barak Obamanı 117-ci doğum gününə dəvət edib.Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, H.Uiverin qaldığı qocalar evinin əməkdaşı bildirib ki, iki dəfə Obamaya səs verən qadın prezidenti görməyi çox arzu edir.
Uiverin rəsmi doğum şəhadətnaməsi qalmayıb. Onun doğum gününü qohumları ABŞ-ın İstiqlaliyyət Günündə – 4 iyul tarixində qeyd edirlər. Qadının yaşı ilə bağlı bir şübhə yoxdur, çünki araşdırmaçılar onun iki yaşına təsadüf edən qeydiyyat məlumatlarını və 17 yaşında (1915-ci ildə) nikaha girməsi ilə bağlı şəhadətnaməni arxivlərdən tapa biliblər.
Los-Ancelesdəki Herontologiya üzrə Tədqiqatçılar Qrupunun rəhbəri Robert Mur bildirib ki, Uiverin adı yaxın günlərdə “Ginnesin rekordlar kitabı”na da salınacaq. İndiyə qədər ən uzunömürlü sakin kimi “Ginnes rekordçusu” Yaponiya sakini Misao Okava hesab edilirdi. M.Okava aprelin 1-də 118 yaşında dünyasını dəyişib.

 

Mənbə: Milli.Az

2 aprel 2015
GO BACK