Qadin.NET / UEFA-dan futbol federasiyasına cəza

UEFA-dan futbol federasiyasına cəza

 

 

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Gürcüstan - Almaniya oyunu ilə bağlı intizam işi açıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna həmin görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, təhlükəsizlik xidmətinin lazımi səyiyyədə qurulmaması səbəb olub.
Həmçinin stadiona giriş zamanı qayda pozuntularının aşkarlanması, azarkeşlərin qeyri-kafi yoxlanılması da UEFA-nın diqqətindən yayınmayıb. Baş verən olaylara görə Gürcüstan Futbol Federasiyasının cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, Gürcüstan - Almaniya oyunu 0:2 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. 
Mənbə: Milli.Az
2 aprel 2015
GO BACK