Qadin.NET / Sabah yağış yağacaq

Sabah yağış yağacaq

 

Sabah yağış yağacaq

Sabah yağıntılı hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinə keçəcək. Yarımadanın bəzi yerlərində küləyin sürəti arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 3-də temperatur gecə 4-6Лљ, gündüz 7-10Лљ isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 3-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Aran rayonlarında temperatur gecə 1-6Лљ, gündüz 9-14Лљ isti, dağlarda gecə 0-4Лљ, gündüz 4-9Лљ isti olacaq.

 

Mənbə: ANS PRESS

2 aprel 2015
GO BACK