Qadin.NET / Bu da Bakı-2015-in reklamı-Video

Bu da Bakı-2015-in reklamı-Video

 

Bu da Bakı-2015-in reklamı-Video

İyunda Bakıda keçiriləcək Avropa Oyunlarının reklam çarxı hazırdır. ANS TV-nin məlumatına görə, bu çarx ölkəmizdə keçiriləcək Yay Avropa Oyunları üçün çəkilmiş ilk televiziya reklamıdır. 
“Bakı 2015- Böyük yarışa hazır olun!” adlı televiziya reklamı artıq yayıma buraxılıb. Avropa oyunlarına 71 gün qalması isə idman yarışının açılış mərasiminə hazırlıq işlərinin sürətləndirilməsinə təkan verib. 
Stadionun baş meneceri Ron Kameron deyib ki, arena bu gündən etibarən 24 saatlıq iş rejiminə keçib. Hazırda açılış mərasimi üçün 500 əməkdaş çalışır. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Sutkalıq iş rejiminə start verilib.
Olimpiya stadionunun baş meneceri Ron Kameron onu da qeyd edib ki, işlər tamamlanmaq üzrədir və landşaftın hazırlanması həyata keçirilir, xırda işlər yerinə yetirilir. Müvəqqəti ot örtüyü açılış mərasimindən sonra dəyişdiriləcək və açılış üçün istifadə ediləcək bütün avadanlıqlar da yığışdırılacaq. Çünki, ardınca iyunun 21-22-də burada keçiriləcək atletika yarışları üçün təchizat qurulacaq. Yarışda qaliblər müəyyənləşdikdən sonra bağlanış mərasiminin hazırlıqlarına başlanılacaq. 
İyunun əvvəlində isə stadion ilk yarışını qəbul edəcək. İctimaiyyət üçün bağlı olacaq turnir test xarakteri daşıyacaq.
62 metr hündürlükdə olan Milli Olimpiya Stadionu 50 hektar ərazidə inşa olunub. Bu idman kompleksi 6 mərtəbədən ibarətdir. Arenanın ərazisinə 4, tribunalara 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumuna malik stadion olimpiya normativlərinə əsasən inşaa edilib. Bu qaydalardan biri də insanların daha çox piyada və ictimayi nəqliyyatla gələ bilməsidir ki, bunun üçündə ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
Mənbə: ANS PRESS

 

2 aprel 2015
GO BACK