Qadin.NET / LG "ağıllı"lar üçün batareya hazırlayıb

LG "ağıllı"lar üçün batareya hazırlayıb

 

Cənubi Koreyanın LG Chem şirkəti Daimler AG avtomobil istehsalçısının 2016-cı ildə təqdim edəcəyi yeni nəsil Ağıllı Elektrik Nəqliyyat vasitələri (Smart Electric Vehicles) üçün batareya təchizatçısı kimi seçilib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, LG Chem bildirib ki, Elektrik Nəqliyyat Vasitələrinin (ENV) satış payına 100 min Smart Mini avtomobil düşür, amma o, yeni müqavilənin həcmi və qiyməti barədə məlumat verməyib.

 

Qeyd edək ki, LG Chem həmçinin General Motors və Renault SA avtomobil istehsalçılarının Elektrik Nəqliyyat Vasitələrini batareyalarla təchiz edir.
Mənbə: Milli.Az
2 aprel 2015
GO BACK