Qadin.NET / Bu il manat ən azı 10% ucuzlaşacaq

Bu il manat ən azı 10% ucuzlaşacaq

 

Bu il manat ən azı 10% ucuzlaşacaq

Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil.ANS PRESS-in məlumatına görə, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər: 
"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov açıqlamasında bildirib ki, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil. Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. O qeyd edib ki, tam üzən məzənnə siyasətinə keçsələr, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər.
Bununla bağlı mətbuatda artıq manatın növbəti devalvasiyası barədə məlumatlar yol açıb. Bu gün Mərkəzi Bankın manata birbaşa və ya dolayı yönəlik istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addım atılacaq” fikrini hakim atdi. Qayıdaq üzən məzənnənin devalvasiya ilə əlaqəsinə.
Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücü yeganə olaraq ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiymətidir. Ona görə də tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, üzən məzənnə olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından

 

başlayaraq isə manaya təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi. İndi əgər üzən məzənnəyə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək. Ona görə də Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil. Açığını deyim ki, bu üfiqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatın Azərbaycanda yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.
Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşma ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə qalsa, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacaq deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tutur. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik".

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK