Cənubi Koreyanın iki aparıcı elektronika istehsalçısı Samsung Group və LG Group şirkətlər arasında uzun müddət davam edən məhkəmə dinləmələrinin dayandırılması barədə razılığa gəlib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung və LG bütün cari dinləmələri dayandırmaq və münaqişələrə qon qoymaq barədə razılığa gəlib. Biz həmçinin bundan sonra yeni hüquqi mübahisələrdən çəkinmək və məsələləri danışıqlar yolu ilə həll etmək niyyətindəyik, - şirkətlərin birgə bəyanatında deyilir.Əldə olunan razılığa görə, tərəflər Samsung Electronics və LG Electronics, eləcə də şirkətlərin displey istehsalı bölmələri Samsung Display və LG Display arasında məhkəmə dinləmələrini qeyd-şərtsiz dayandırır, eləcə də şirkətlər bir-birindən kompensasiya tələb etmir.