Yahoo! və Microsoft şirkətlərinin internet axtarışı bazarında sonrakı əməkdaşlığı şübhə altındadır. ABŞ şirkətləri birgə iş haqda qərarın qəbulu müddətini bir aylıq təxirə salıblar.Milli.Az ICTnews-a istinadən bildirir ki, 2009-cu ildə Yahoo! və Microsoft şirkətləri 10 illik müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, Yahoo! axtarış sistemi Bing mühərrikindən istifadəyə keçir və Microsoft bu halda tərəfdaşın axtarış sistemindəki reklamın satışından 12 faiz gəlir qazanır.Mənbə belə hesab edir ki, Yahoo! əməkdaşlığın maliyyə nəticələrindən razı deyil.ComScore analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ilin fevralında Yahoo! və Bing axtarış sistemlərinin ABŞ-ın internet axtarış bazarında birgə payı 32,6 faizədək artıb. 2009-cu ildə bu göstərici 28 faiz olub.
Mənbə: Milli.Az