"Avro-2016"nın seçmə mərhələsində ötən həftənin ən yaxşı "11"liyi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, seçmə mərhələnin oyunlarında özünü ən yaxşı tərəfdən göstərən 11 futbolçu rəmzi yığmaya düşməyi bacarıb.
Siyahıda Türkiyə, Portuqaliya, İsveçrə, Xorvatiya, Belçika, İspaniya, Uels, İngiltərə, Şotlandiya, Bosniya və Hersoqovina yığmaları yer alıb.
Qeyd edək ki, ötən həftə "Avro-2016"nın ən yaxşı komandası Xorvatiya, ən yaxşı oyunçusu isə Uelsin futbolçusu Qaret Beyl seçilib.
Qapıçı: Volkan Babacan (Türkiyə)
Müdafiəçilər: Fabio Koentrao (Portuqaliya), Fabian Şer (İsveçrə), Dario Srna (Xorvatiya)
Yarımmüdafiəçilər: Maruan Fellaini (Belçika), Koke (İspaniya), Xerdan Şaqiri (İsveçrə), Qaret Beyl (Uels)
Hücumçular: Ueyn Runi (İngiltərə), Stiven Fletçer (Şotlandiya), Edin Dzeko (Bosniya və Hersoqovina)
Mənbə: Milli.Az