Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, aprel ayının 1-dək Fonda 62 mln. 495 min 671 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Xatırladaq ki, 1 mart 2015-ci il tarixinə kimi Yardım Fonduna 61 mln. 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait vəsait köçürülüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.