Qırğızıstanda MDB ölkələrinin xarici işlər nazirlərinin Şura iclası keçiriləcək.ANS PRESS-in məlumatına görə, Bişkekdə aprelin 3-4-də baş tutacaq tədbirdə MDB üzvü olan ölkələrin xarici siyasət idarəsi rəhbərləri qatılacaq.
Bundan bir gün əvvəl isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin XİN başçıları Tacikistanda toplaşacaqlar.
Ermənistan mətbuatının yazdığına görə, KTMT çərçivəsində təşkil olunacaq görüşdə Ermənistandakı son vəziyyət əsas müzakirə mövzusu olacaq. Məsələ ciddi olduğundan ölkənin xarici işlər naziri Edvard Nalbandyanın sabah işçi səfərlə Tacikistana yola düşəcək. Ekspertlərin fikrincə, bu görüşlər Rusiya Prezidenti Vladimir Putinin istəyi ilə keçirilir. Çünki son vaxtlar Kreml rəhbəri bəzi təşəbbüslərin reallaşdırılması üçün üzv ölkələrin mövqeyini aydınlaşdırmağa çalışır.
Mənbə: ANS PRESS