“Böhran turizmə az da olsa, öz təsirini göstərəcək. Əvvəlki illərlə müqayisədə indiki zamanda turist öz büdcəsinə uyğun səyahət seçəcək. Bu da müəyyən qədər də olsa, turizmə, turistlərin sayına təsir edəcək”.ANS PRESS-in məlumatına görə, bunu Mədəniyyət və Tuirizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. O həmçinin qeyd edib ki, getmə turizmində qiymət artımı müşahidə oluna bilər. “Amma böhran Azərbaycanda turizmin qiymətlərində heç bir dəyişiklik edilməyəcək. Bizim otellər qiymətləri qaldırmayıblar”. Onun sözlərinə görə, bu, Azərbaycana gələn turistlərin sayını artıracaq.
Şöbə müdiri artıq mehmanxanaların işçiləri üçün treninqlərin keçirildiyi, xidmət keyfiyyətinin yoxlanılması üçün monitorinqlərə başladıqlarını açıqlayıb. Monitorinqlər Fövqəladə Hallar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
Mənbə: ANS PRESS