Qadin.NET / Dünyanın 10 ən təhlükəli ölkəsi

Dünyanın 10 ən təhlükəli ölkəsi

 

Vaşinqtonda yerləşən IntelCenter təşkilatı dünyanın ən təhlükəli ölkələrinin siyahısını dərc edib.
ANS PRESS-in məlumatına görə, təşkilat araşdırmanı terrorçular və silahlılarla bağlı vəziyyətə əsasən hazırlayıb. İraq, Əfqanıstan, Pakistan və Ukrayna dünyanın 10 ən təhlükəli ölkələri sırasında yer alıb.
Belə ki, İraq və Suriya təhlükəli ölkələr sırasında ilk 2 yeri tutur. 
Onluqdakı Nigeriya üçüncü, Somali dördüncü, Əfqanıstan beşinci, Liviya altıncı, Yəmən yeddinci, Pakistan səkkizinci, Ukrayna doqquzuncu, Misir onuncu sırada qərarlaşıb.

 

Mənbə: ANS PRESS
1 aprel 2015
GO BACK